...

Gəncədə cibgir qardaşlar saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 1 Aprel 2022 10:54 (UTC +04:00)
Gəncədə cibgir qardaşlar saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirilən əmliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə odlu silah əldə edib saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Əliağa Adıgözəlov saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış keçirilən zaman əlindəki qutudan 1 ədəd “TOZ” markalı odlu silah aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun cari ilin müxtəlif vaxtlarında qardaşı Umud Adıgözəlov ilə birlikdə sərnişinlərin sıx olduğu vaxtlarda şəhərdaxili avtobuslarda cibgirlik etmələri məlum olub. Araşdırma zamanı həmin şəxslərin 4 vətəndaşın çantasından mobil telefon oğurladıqları müəyyən edilib.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti