...

Lerikdə axtarışda olan şəxs polisə xəsarət yetirdi

Hadisə Materials 18 İyun 2022 12:01 (UTC +04:00)
Lerikdə axtarışda olan şəxs polisə xəsarət yetirdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Lerik rayonunda axtarışda olan şəxs yaxalanarkən polisə xəsarət yetirib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib.

O bildirib ki, iyunun 17-də saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində cinayət məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da tutulması təmin edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti