...

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Hadisə Materials 19 Mart 2024 07:55 (UTC +04:00)
Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Bakı. Trend:

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini Məlikov Arif saxlanılıb.

Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq narkotik vasitə marixuana və heroin aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti