...

”Mall”da qadınların mobil telefonları oğurlayan şübhəlilər tutulublar

Hadisə Materials 12 Aprel 2025 12:29 (UTC +04:00)
”Mall”da qadınların mobil telefonları oğurlayan şübhəlilər tutulublar
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Nəsimi rayonunda ticarət mərkəzlərindən birində iki qadının mobil telefonu oğurlanıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talamada şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 43 yaşlı R.Seyidov saxlanılıb.

Eyni zamanda, Nəsimi rayonu ərazisində bir nəfərin içərisində pul və mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən 21 yaşlı A.Balaməmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti