Bakı. Trend:
Misli Premyer Liqasında XXX turun oyunları davam edir.
Trend xəbər verir ki, ilk olaraq "Turan" Tovuz "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 17:00-da başlayacaq.
Ardınca isə "Sumqayıt" "Şamaxı"nı sınağa çəkəcək. Matçın start fiti saat 19:15-də start götürəcək.
Turnir cədvəlində "Turan" Tovuz 44 xalla dördüncü, "Sabah" 36 xalla beşinci sırada yer alıb. 29 xalı olan "Sumqayıt" yeddinci və 28 xala malik "Şamaxı" səkkizinci yerdə qərarlaşıb.