...

İran və ABŞ nümayəndələri arasında danışıqlar başlanıb

Dünya xəbərləri Materials 12 Aprel 2025 15:50 (UTC +04:00)
İran və ABŞ nümayəndələri arasında danışıqlar başlanıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın nüvə proqramı ilə İranın xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Vitkof arasında (Steve Witkoff) dolayısı danışıqlar başlanıb.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, bu danışıqlar Oman tərəfindən nəzərdə tutulan məkanda İran və ABŞ nümayəndələrinin ayrı-ayrı zallarda yerləşməsi ilə həyata keçirilir.

“Tərəflər öz mövqeləri və rəylərini Oman xarici işlər naziri Seyid Bədr Əlbusəidi vasitəsi ilə qarşı tərəfə çatdırırlar”, - deyə o bildirib.

Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla AEBA-nın nəzarət mexanizmi 20-30% azalıb.

İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.

Xəbər lenti

Xəbər lenti