...

Azərbaycan boksçularının Gimnaziadada qazandıqları medal sayı 14-ə çatıb

İdman Materials 11 Aprel 2025 20:33 (UTC +04:00)
Azərbaycan boksçularının Gimnaziadada qazandıqları medal sayı 14-ə çatıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları davam edir.

Trend xəbər verir, Zlatibor şəhərində təşkil edilən yarışların ikinci günündə Azərbaycanın 13 idmançısı fəxri kürsüyə yüksəlib.

Finalda döyüşən Nurlan Müseyibli (66 kiloqram) Vladimir Çabana (Ukrayna), Zirəddin Rüstəmli (70 kiloqram) Parsa Harounalraşidiyə (İran), Mehran Rəsulov (75 kiloqram) Viktor Maystoroviçə (Serbiya), Yusif Ağakişiyev (80 kiloqrama) Oliksey Fedorivə (Ukrayna), Aysan Miriyeva (46 kiloqram) Anastasiya Yaremenkoya (Ukrayna) qalib gələrək qızıl medala yiyələnib.

Həlledici görüşdə məğlub olan Amir Həsənov (48 kiloqram), Sərxan Haqverdiyev (63 kiloqram), Aişə Muradova (44 kiloqram), Nuray Qafarova (48 kiloqram) və Leyla Mahmudlu (51 kiloqram) ikinci yeri tutub.

Kazım Baxışov (42 kiloqram), Yusif Əli (52 kiloqram) və Azad Məmmədli (44 kiloqram) isə bürünc medallar əldə ediblər.

Beləliklə, boks milli komandamızın Gimnaziadadakı medal sayı 14-ə yüksəlib. Onlardan beşi qızıl, beşi gümüş və dördü bürünc mükafatdır. Daha öncə Nəriman Əli (54 kiloqram) də üçüncü yeri tutub.

Bundan başqa, komandanın heyətində Kəmalə Həsənova (54 kiloqram) yarımfinalda Mariya Zakrzevskaya (Ukrayna), Babək Abdullayev (40 kiloqram) Aqapito Silvaya (Braziliya), İsmayıl Aslanlı (50 kiloqram) Hüseyn Erə (Türkiyə) və Sabir Rüstəmov (57 kiloqram) Almeyda Pedroya (Braziliya) qalib gələrək finala vəsiqə qazınıblar.

Qeyd edək ki, yarışın son günündə 4 qız və 3 oğlan boksçumuz finalda döyüşəcək.

Xəbər lenti

Xəbər lenti