...

Yeni Britaniya adası sahillərində 6 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 12 Aprel 2025 08:46 (UTC +04:00)
Yeni Britaniya adası sahillərində 6 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Papua-Yeni Qvineyaya aid Yeni Britaniya adasının sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 26 min insanın yaşadığı Kokopo şəhərindən 94 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 58 kilometr dərinlikdə yerləşib.

Hazırda hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat yoxdur. Həmçinin, sunami təhlükəsinin olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti