...

Seneqal BRİKS-ə qoşulmaq niyyətindədir

Dünya xəbərləri Materials 12 Aprel 2025 03:26 (UTC +04:00)
Seneqal BRİKS-ə qoşulmaq niyyətindədir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seneqal BRİKS assosiasiyasına qoşulmaq istəyir və bu istiqamətdə üzv ölkələrlə danışıqlar aparır.

Trend xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Yasin Foll məlumat verib.

“Seneqal BRİKS-in yaradılmasını dəstəkləyən ölkələrdən biridir və hazırda bu qrupa daxil olan dövlətlərlə dialoq aparır”, – deyə Seneplus portalı nazirin sözlərini sitat gətirib.

Yasin Follun sözlərinə görə, Seneqal bu birlikdə müsbət rol oynamağa qadirdir: “Ölkəmiz sabitliyi, təbii resursları və sənayeni inkişaf etdirmək istəyi ilə BRİKS-ə əhəmiyyətli töhfə verə bilər”. Nazir həmçinin BRİKS formatının “fikir mübadiləsi və kommersiya resurslarına çıxış üçün geniş imkanlar” yaratdığını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti