Bakı. Trend:
Cənubi Qafqaz müxtəlif tərəfdaşlıqları inkişaf etdirmək üçün böyük potensiala malikdir.
Trend xəbər verir ki, bunu Gürcüstan Respublikasının xarici işlər naziri Maka Botçorişvili Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi zamanı deyib.
"Cənubi Qafqaz müxtəlif tərəfdaşlıqları inkişaf etdirmək və daha geniş sülhə, təhlükəsizliyə, sabitliyə, iqtisadi əməkdaşlığa töhfə vermək üçün böyük potensiala malikdir. Ortaq mövzular tapmaq, ümumi məsələlər tapmaq üçün öz aramızda əməkdaşlıq etməliyik. Və bu barədə danışmağa başlamaq, yəni məncə, bu mərhələdə bizim edə biləcəyimiz vacib şeydir. Müzakirə edə biləcəyimiz məsələləri sadalamağa başlamayacağam", - o bildirib.
O qeyd edib ki, əməkdaşlıq etmək üçün çox sahə var, bunu ölkələr öz arasında müzakirə etməlidir.
"Mən inanıram ki, ilk növbədə hər iki tərəfin siyasi iradəsi və niyyəti var və biz bunun mövcud olduğunu görürük. Cənubi Qafqaz ölkələri arasında dialoqun inkişafı vacibdir. Mən Gürcüstanı bu məsələdən istisna etməzdim. Bu, bizim də həyatımızın bir parçasıdır və hesab edirik ki, biz də bərabər səviyyədə bu prosesin bir hissəsiyik. Bu, bizim regionumuzda sülhün, təhlükəsizliyin, sabitliyin və yaxşı əməkdaşlığın təşviq edilməsində ümumi maraqlarımızdır", - o bildirib.