...

Azərbaycan Konstitusiyasında müasir Ermənistanın heç bir coğrafi adı və ərazisi yoxdur - Ceyhun Bayramov

Siyasət Materials 12 Aprel 2025 13:47 (UTC +04:00)
Azərbaycan Konstitusiyasında müasir Ermənistanın heç bir coğrafi adı və ərazisi yoxdur - Ceyhun Bayramov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Konstitusiyasında müasir Ermənistanın heç bir coğrafi adı və ərazisi yoxdur.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi zamanı deyib.

"Nazir Ararat Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan Konstitusiyası ilə bağlı narahatlığına gəldikdə, əvvəla, bu, reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının heç bir coğrafi adı və ərazisi yoxdur.

Düşünürəm ki, erməni həmkarlarımız çox yaxşı bilirlər, çünki əks halda onlar mütləq bu məsələni qaldıracaqlar, çünki bilirsiniz, Ermənistanın hüquq sistemi, Azərbaycanın hüquq sistemi, Türkiyənin hüquq sistemi və bütün ölkələrin hüquq sistemi az-çox eynidir. Ölkə Konstitusiyasına zidd olan beynəlxalq müqavilələr bağlaya bilməzsiniz", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti