Bakı. Trend:
Şamaxıda 3.4 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, Pirqulu stansiyasından 24 km cənubda, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bal gücündə hiss olunub.
Zəlzələ ocağı Yerin 12 kilometr dərinliyində olub.