Bakı. Trend:
İtaliya Futbol Federasiyası tanınmış futbolçu Nikolo Zanyolonu oyun alqı-satqısında ittiham edib.
Trend-in "SporX"ə istinadən verdiyi məlumata görə, ulduz futbolçuya qarşı artıq cinayət işi başlanıb.
Zanyolodan əlavə, daha 11 futbolçu da eyni ittihamla istintaqa cəlb olunub. Federasiya məsələnin ciddiliyini nəzərə alaraq, yaxın günlərdə geniş ictimaiyyətə ətraflı açıqlama verəcəyini bildirib.
İddialar sübuta yetiriləcəyi təqdirdə, bu, həm Zaniolo, həm də adı hallanan digər oyunçuların karyerasında ciddi sarsıntılara səbəb ola bilər.