Bakı. Trend:
"Yuventus" İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Rasmus Hoylundla maraqlanır.
Trend-in "Tuttosport" nəşrinə istinadən verdiyi məlumata görə, Turin klubu artıq 22 yaşlı danimarkalı futbolçunun nümayəndələri ilə ilkin əlaqə yaradıb.
"Yuventus" Hoylundun transferini alma opsiyası ilə icarə əsasında reallaşdırmağı planlaşdırır.
Hazırda futbolçunun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı gənc hücumçunun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Hoylund bu mövsüm “Mançester Yunayted”in heyətində keçirdiyi 42 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.