Bakı. Trend:
Güləş üzrə Avropa çempionatı davam edir.
Trend xəbər verir ki, bu gün qadın güləşində yarışlara yekun vurulub.
Yığmamızın üzvü Jalə Əliyeva bürünc medal uğrunda döyüşə çıxıb. O, üçüncü yer uğrunda qarşılaşmada Finlandiyanı təmsil edən Yenna Hemiaeni 10:3 hesabı ilə məğlub edərək Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Bu, Azərbaycanın qadın güləşi üzrə yığma komandasının turnirdə qazandığı yeganə və son medal olub.
Qeyd edək ki, digər idmançımız Alyona Kolesnik (59 kq) bürünc medal uğrunda qarşılaşmada italiyalı Aurora Russoya 1:3 hesabı ilə məğlub olub.