...

ABŞ-də Tramp və dövlət rəsmilərini öldürməklə hədələyən şəxs həbs edilib

Dünya xəbərləri Materials 12 Aprel 2025 05:45 (UTC +04:00)
ABŞ-də Tramp və dövlət rəsmilərini öldürməklə hədələyən şəxs həbs edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ Prezidenti Donald Trampı və digər dövlət rəsmilərini öldürməklə hədələyən Pensilvaniya ştatının Batler şəhər sakini Şon Monperi həbs edib.

Bu barədə Trend ABŞ Ədliyyə Nazirliyinə istinadla xəbər verir.

Rəsmi məlumatda bildirilir ki, 32 yaşlı Monper yanvarın 15-dən aprelin 5-dək YouTube platformasında Tramp, Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri İlon Mask, ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşları və Trampın təyin etdiyi bütün agentlik rəhbərlərinə qarşı bir sıra təhdid xarakterli paylaşımlar edib.

FTB-nin araşdırmalarına görə, Monper yanvarın 20-də – Trampın andiçmə mərasimindən dərhal sonra odlu silah əldə edib. Mart ayında isə o, YouTube-da kütləvi atışma törətmək niyyətində olduğunu bəyan edib.

Şon Monper aprelin 9-da saxlanılıb və barəsində dörd maddə üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, 2024-cü il iyulun 13-də Tramp Monperin yaşadığı Batler şəhərində keçirilən seçki kampaniyası mitinqində silahlı hücuma məruz qalmışdı. Keçmiş prezident bu hücum zamanı qulağından yüngül xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti