...

Gürcüstan prezidenti Azərbaycana səfər edəcək (FOTO)

Siyasət Materials 11 Aprel 2025 23:44 (UTC +04:00)
Gürcüstan prezidenti Azərbaycana səfər edəcək (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Prezident Mixail Kavelaşvili ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər ölkələrimiz arasında sıx dostluq münasibətlərini müsbət qiymətləndirib, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas istiqamətlərini müzakirə ediblər.

Görüşdə regionun sabit və dinc inkişafının vacibliyi qeyd edilib. Mixail Kavelaşvili bəyan edib ki, dünyada davam edən münaqişələr, tarif müharibələri, geosiyasi gərginliklər fonunda regionda sabitliyin və sülhün qorunması daha vacib xarakter alır.

Tərəflər Gürcüstan və Azərbaycan arasında nümunəvi strateji əməkdaşlığın daha dinamik olmasına hazır olduqlarını bildiriblər.

Prezident Mixail Kavelaşvili Azərbaycan tərəfinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.

Söhbət zamanı Gürcüstan Prezidentinin aprelin 15-16-da Azərbaycan Respublikasına planlaşdırılan ilk rəsmi səfərinin təfərrüatlarına da toxunulub.

Xəbər lenti

Xəbər lenti