...

Tomas Müllerin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir

İdman Materials 12 Aprel 2025 04:25 (UTC +04:00)
Tomas Müllerin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bavariya”nın təcrübəli hücumçusu Tomas Müllerin gələcək karyerası hələ də sual altındadır.

Trend xəbər verir ki, 35 yaşlı alman futbolçunun İtaliya klublarından təklif aldığı bildirilir, lakin ən real variant kimi MLS-ə (ABŞ və Kanada liqası) transferi və ya karyerasını başa vurması nəzərdən keçirilir.

“Bavariya” rəhbərliyi Müllerin hələ də yüksək səviyyədə çıxış etdiyini düşünür və onun futbol karyerasını davam etdirəcəyini gözləyir. Klub, eyni zamanda, Müllerin karyerasını bitirdikdən sonra “Allianz Arena”da onun üçün vida oyunu təşkil etməyi planlaşdırır.

Hazırda Münhen təmsilçisi Müllerin MLS klubları ilə əlaqə qurmasında ona dəstək göstərir. Futbolçunun yaxın aylarda qərar verməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti