Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə diplomatik mənbələrdən xəbər verilib.
Bildirilib ki, Hakan Fidan və Sergey Lavrov arasında görüş Antalyada Diplomatik Forum çərçivəsində baş tutub.
Qeyd edilib ki, görüşdə Türkiyə-Rusiya münasibətlərinə qiymət verilib.
Bundan əlavə, enerji sektorunda əməkdaşlıq məsələləri, Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi mövzusu, habelə Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunmasına yönəlmiş səylər müzakirə olunub.
Görüş zamanı, həmçinin Suriyadakı cari hadisələr və Qəzza zolağındakı son vəziyyət dəyərləndirilib.