...

İranın məqsədi ədalətli anlaşmanın əldə olunmasıdır – Araqçi

Dünya xəbərləri Materials 12 Aprel 2025 12:14 (UTC +04:00)
İranın məqsədi ədalətli anlaşmanın əldə olunmasıdır – Araqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın ABŞ ilə dolayısı müzakirələrdə məqsədi bərabərhüquqlu mövqe ilə layiqli və ədalətli anlaşmanın əldə olunmasıdır.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Masqatda jurnalistlərə verdiyi açıqlamada deyib.

Onun sözlərinə görə, qarşı tərəf də həmin mövqeni nümayiş etdirərsə, danışıqların zaman cədvəli barəsində qərar vermək mümkün ola bilər.

Araqçi bildirib ki, İran və ABŞ müzakirələrində bir çox prinsipial və ilkin məsələlər müəyyənləşəcək.

Müzakirələr sadəcə İranın nüvə proqramı ilə əlaqədar olacaq.

Qeyd edək ki, bu gün Omanda İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun (Steve Witkoff) başçılığı ilə İran və ABŞ arasında danışıqlar aparılacaq.

Xəbər lenti

Xəbər lenti