Bakı. Trend:
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
Trend-in məlumatına görə, yığmamız səfərdə İsveçlə qarşılaşıb.
Qarşılaşmanın ilk hissəsində üstünlük nümayiş etdirən komandamız fasiləyə 3:2 hesablı üstünlüklə yollansa da, ikinci hissədə meydan sahibləri geridönüş edərək 4:3 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, bu nəticədən sonra cəmi 2 xalı olan Azərbaycan millisi qrupun sonuncu pilləsində qərarlaşıb.
21:00. İsveç – Azərbaycan - 4:3