Bakı. Trend:
Amerikanın "General Motors" şirkəti Kanadanın Ontario ştatının İngersoll şəhərindəki avtomobil yığma zavodlarından birini müvəqqəti olaraq bağlamağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, işçilərin ixtisarı aprelin 14-dən başlayacaq. Zavod may ayında qısa müddətə birnövbəli işə keçəcək, lakin oktyabr ayına qədər tamamilə bağlanacaq. Oktyabrda zavodun yenidən bir növbədə işə başlayacağı gözlənilir.
Hazırda müəssisədə çalışan 1200 nəfərdən ən azı 500 nəfərinin işini itirəcəyi gözlənilir.