...

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3689 nəfərə çatıb

Dünya xəbərləri Materials 12 Aprel 2025 00:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Myanmanın qərb bölgəsində baş vermiş güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 3689 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Sinxua agentliyi ölkənin hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Zəlzələ nəticəsində əlavə olaraq 5020 nəfər yaralanıb, 139 nəfər isə itkin düşüb.

Martın 28-də baş verən 7,7 bal gücündəki zəlzələ ölkənin müxtəlif bölgələrində böyük zərərlərə yol açıb, yaşayış binaları və infrastruktur ciddi ziyan görüb. CNN-in məlumatına görə, bu, 1946-cı ildən bəri Myanmada qeydə alınan ən böyük zəlzələdir.

Xəbər lenti

Xəbər lenti