Bakı. Trend:
İspaniya La Liqasında 31-ci turun açılış oyunu “Valensiya” və “Sevilya” komandaları arasında keçirilib.
Trend xəbər verir ki, qarşılaşmanın taleyini bir qol həll edib.
“Yarasalar” birinci hissəyə əlavə olunmuş dəqiqələrdə vurduqları qolla hesabı açaraq üstünlüyü ələ alıblar. Görüşün qalan dəqiqələrində hər iki komandanın səylərinə baxmayaraq, hesab dəyişməyib və “Valensiya” minimal hesablı qələbə qazanıb.
Bu, “Valensiya”nın ardıcıl üçüncü qələbəsi olub və komanda turnir cədvəlində 12-ci pilləyə yüksəlib. “Sevilya” isə artıq dördüncü oyundur ki, xalsız meydanı tərk edir.
23:00. "Valensiya" - "Sevilya" - 1:0