...

Yunanıstanda qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb

İdman Materials 12 Aprel 2025 00:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Yunanıstanın Rodos adasında qadınlar arasında şahmat üzrə Avropa çempionatının son turu keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. Son turda qələbə qazanan Məmmədova, Dünya kubokuna sonuncu vəsiqəni verən 10-cu yeri tutub. O, çempionatı 7,5 xal ilə başa vurub.

Çempionata uğursuz start götürən, lakin son turlarda özünü toparlayan Avropa çempionu Ülviyyə Fətəliyeva 7 xalla 24-cü yerdə qərarlaşıb.

Gövhər Beydullayeva çempionatı 28-ci, Türkan Məmmədyarova isə 40-cı yerdə başa vurub.

Qeyd edək ki, reqlamentə əsasən, Avropa çempionatında ilk on yeri tutan şahmatçılar Dünya kubokuna vəsiqə qazanıblar.

11-ci tur

Gülnar Məmmədova - Anastasiya Kirtadze (Gürcüstan) - 1:0
Oliviya Kiolbasa (Polşa) - Türkan Məmmədyarova - 1:0
Gövhər Beydullayeva - Maryam Mkrtçan (Ermənistan) - 0,5:0,5
Monika Ruiz Kalzeta (İspaniya) - Ülviyyə Fətəliyeva - 0:1
Nərmin Abdinova - Mixalina Rudzinska (Polşa) - 0:1
Ayan Allahverdiyeva - İrina Çeluşkina (Serbiya) - 1:0
Lalə Hüseynova - Kler Çaku (Albaniya) - 1:0
Səbinə İbrahimova - rəqibsiz

Yekun turnir cədvəli:
1. Teodora İnyaç (Serbiya) - 9,5 xal, 2. İrina Bulmaqa (Rumıniya), 3. Mai Narva (Estoniya) - hərəyə 8...
10. Gülnar Məmmədova - 7,5, 24. Ülviyyə Fətəliyeva - 7, 28. Gövhər Beydullayeva - 6,5, 40. Türkan Məmmədyarova - 6,5, 53. Ayan Allahverdiyeva - 6, 62. Nərmin Abdinova - 5,5, 82. Səbinə İbrahimova - 5, 90. Lalə Hüseynova - 5 xal...

Xəbər lenti

Xəbər lenti