Bakı. Trend:
Bolqarıstanın Birinci Liqasında çıxış edən 9 futbol klubu vergi borcları səbəbindən lisenziyalarını itirə bilər.
Trend xəbər verir ki, bu barədə Bolqarıstan Futbol Birliyinin prezidenti Georgi İvanov təşkilatın 12-ci qurultayında məlumat verib.
“Hazırda yalnız 5-6 klub sabit vəziyyətdədir, digərləri isə iflasın astanasındadır. Birinci Liqada 9 klubun, İkinci Liqada isə 6-7 klubun vergi borclarına görə ciddi problemləri var”, – deyə İvanov bildirib.
O, həmçinin Bolqarıstan futbolunun inkişafı üçün ölkənin kifayət qədər maliyyə resurslarına malik olmadığını vurğulayıb və vəziyyəti düzəltmək üçün yeni sponsorluq müqavilələri üzərində iş getdiyini açıqlayıb. İvanov hökuməti futbolun, xüsusilə də uşaq idman məktəblərinin maliyyələşdirilməsi və infrastrukturun inkişafına daha çox diqqət ayırmağa çağırıb.