...

Azərbaycan və Rusiya XİN rəhbərləri Antalyada regional məsələləri müzakirə ediblər (YENİLƏNİB)

Siyasət Materials 12 Aprel 2025 14:46 (UTC +04:00)
Azərbaycan və Rusiya XİN rəhbərləri Antalyada regional məsələləri müzakirə ediblər (YENİLƏNİB)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

12 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, görüş zamanı, Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət, humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti