...

Hindistanda “Kia” zavodunda 900 mühərrik yoxa çıxıb

Dünya xəbərləri Materials 12 Aprel 2025 05:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Kia” şirkətinin Hindistan filialı Tamil Nadu ştatındakı zavodundan 900 mühərrikin yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Trend-in “Times of India”ya istinadən verdiyi məlumata görə, mühərriklərin itməsi yalnız 2024-cü ilin audit yoxlaması zamanı aşkarlanıb.

Yerli polis nümayəndələrinin bildirdiyinə görə, sözügedən mühərriklər son beş il ərzində tədricən zavoddan yoxa çıxıb. İstintaqın ilkin versiyasına əsasən, oğurluq hallarında zavodun bəzi işçiləri və hətta rəhbərlik nümayəndələrinin də əli ola bilər.

Hazırda mühərriklərin müəssisə ərazisindən necə çıxarıldığı və harada olduğu hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti