...

Muğla - Milas Bodrum hava limanında sərnişindaşıma 300 min nəfərə çatır

Dünya xəbərləri Materials 12 Aprel 2025 11:51 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilin mart ayında Türkiyənin Muğla - Milas Bodrum Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 297 min 936 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz azalaraq, 283 min 386 nəfər, beynəlxalq reyslər üzrə isə 37 faiz artaraq 14 min 550 nəfər təşkil edib.

2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq min 982 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalaraq, min 908 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz azalaraq, 74 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 27 faiz artaraq, 4 min 296 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 28 faiz artaraq, 4 min 109, beynəlxalq reyslər üzrə isə 15 faiz artaraq 187 olub.

2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti