...

Gürcüstan "donuz qripi" epidemiyası astanasındadır

Siyasət Materials 3 Dekabr 2009 16:09 (UTC +04:00)
Gürcüstan A/H1N1 qrip epidemiyası astanasındadır. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktor müavini Şota Sanava jurnalistlərə bildirib.
Gürcüstan "donuz qripi" epidemiyası astanasındadır

Gürcüstan, Tbilisi, 03 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan A/H1N1 qrip epidemiyası astanasındadır. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin direktor müavini Şota Sanava jurnalistlərə bildirib.

"Biz epidemiyanın sərhədindəyik. Bu hər hansı bir təhlükə kimi başa düşülməməlidir, belə ki, dekabr ayında bizdə hər il qrip epidemiyası qeyd edilir", - deyə mütəxəssis bəyan edib.

O bildirib ki, bu qrip ağırlaşmaları ilə təhlükəlidir və həkimlərin vəzifəsi xəstələrin köməyi ilə bu ağırlaşmalara yol verməməkdən ibrətdir. "Məktəblərin, uşaq bağçalarının və digər təşkilatların bağlanması üçün zərurət yoxdur", - o vurğulayıb.

Bu günədək Gürcüstanda A/H1N1 virusuna 227 yoluxmalı halı qeydə alınıb. Yalnız 4 nəfər xəstəxanafda müalicə olunur. Xəstəliyin bütün halları yüngül və ya orta ağır formada keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti