...

Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb – FHN rəhbəri

Siyasət Materials 6 Oktyabr 2010 14:13 (UTC +04:00)
Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan işlənilib-hazırlanıb. Bu barədə çərşənbə günü Astanada keçirilən "KazEnergy" beşinci Avrasiya forumunda məruzə ilə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.
Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb – FHN rəhbəri

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir S.Süleymanov/

Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb. Bu barədə çərşənbə günü Astanada keçirilən "KazEnergy" beşinci Avrasiya forumunda məruzə ilə çıxış edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

"Hazırda Azərbaycanda neftin dənizə axıdılmasının qarşısının alınması və aradan qaldırılması üzrə Milli Plan hazırlanıb. FHN tərkibində ixtisaslaşdırılmış qəza-xilasetmə xidməti fəaliyyət göstərir və o, zəruri avadanlıqlar və kadr potensialına malikdir", - Heydərov deyib.

Azərbaycanın fövqəladə hallar nazirinin"Siyasət. Xəzər dövlətlərinin dəniz akvatoriyasının neft və texnogen çirklənməsinin qarşısının alınmasında əməkdaşlığı" məruzəsi ilə çıxışı beşinci Avrasiya enerji forumunun "Meksika körfəzindəki qəzanın dərsləri. Xəzər: texnogen risklərin azalması yolları" seksiyasında keçib.

Nazirin sözlərinə görə, Meksika körfəzindəki qəza ilə dünyaya verilən dərsləri nəzərə alaraq, qəza-xilasetmə əməliyyatlarının həyata keçirilməsi üzrə regional orqanın yaradılması zərurəti yaranıb.

"FHN tərkibində Xəzərdəki Qəza-Xilasetmə Xidməti beynəlxalq konvensiyalara uyğun kifayət qədər qüvvəyə malikdir və səlahiyyətli regional orqanın funksiyalarını yerinə yetirə bilər", - Heydərov deyib.

Lakin onun fikrincə, Xəzəryanı dövlətlərlə yanaşı, texnogen risklərin qarşısının alınması və aradan qaldırılmasında Xəzər regionunda çalışan iri neft hasilatı şirkətləri də maraqlı olmalıdırlar.

Beşinci Avrasiya forumu "KazEnergy" çərşənbə axşamı Qazaxıstanda start götürüb. Tədbirin əsas mövzusu "Avrasiyanın enerji xəritəsi: risklər balansı və yeni imkanlar" adlanır. Forumda Qazaxıstanın və xarici ölkələrin dövlət orqanlarının rəhbərləri, dünyanın aparıcı neft-qaz və enerji şirkətlərinin ali idarəetmə heyətləri, biznes cəmiyyətlərinin nümayəndələri və aparıcı ekspertlər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti