Bakı. Samir Əli - Trend:
Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının insanları şantaj edərək onlardan hədə yolu ilə pul alan "reket" jurnalistlərdən ibarət mütəşəkkil dəstəni ifşa etməsi Azərbaycan cəmiyyəti tərəfindən alqışlanmalıdır.
Trend-in məlumatına görə, bu barədə millət vəkili Çingiz Qənizadə bildirib.
Millət vəkili bildirib ki, bu əməliyyatlar Azərbaycan cəmiyyətini "reket" jurnalist bəlasından xilas etmək üçündür:
"Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları daha bir "reket" baş redaktoru həbs etdi. Peşəkar jurnalistlər, qeyri-hökumət təşkilatları, cəmiyyət Azərbaycanda "xərçəng" xəstəliyi kimi bəla olan "reket" jurnalistlərə qarşı hüquq-mühafizə orqanlarının apardığı belə əməliyyatları alqışlamalı və müdafiə etməlidirlər".