...

Efiopiyanın birinci xanımı: Azərbaycan təhsil sahəsinə böyük diqqət ayırır

Siyasət Materials 6 May 2017 15:22 (UTC +04:00)
Azərbaycan təhsil sahəsinə, xüsusilə qızların təhsil almasına böyük diqqət ayırır.
Efiopiyanın birinci xanımı: Azərbaycan təhsil sahəsinə böyük diqqət ayırır

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan təhsil sahəsinə, xüsusilə qızların təhsil almasına böyük diqqət ayırır.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Efiopiyanın birinci xanımı Roman Tesfaye deyib.

O, Azərbaycanda belə tarixi forumda iştirak etdiyinə görə çox sevinclidir: "Təhsil Azərbaycanın böyük diqqət ayırdığı sahədir. Və tərifəlayiqdir ki, burada qadınlar üçün yaxşı imkanlar mövcuddur. Bu da gələcək həyat üçün çox mühümdür"

Birinci xanımın sözlərinə görə, təəssüf ki, bir çox mədəniyyətlərdə qadınların təhsil hüququna təmin olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti