...

Səfir: Türkiyənin çoxtərəfli formatda görüşlərin keçirilməsi təşəbbüsünə ən böyük dəstəyi Azərbaycan verib

Siyasət Materials 18 Yanvar 2019 09:32 (UTC +04:00)
Türkiyənin çoxtərəfli formatda görüşlərin keçirilməsi təşəbbüsünə ən böyük dəstəyi Azərbaycan verib.
Səfir: Türkiyənin çoxtərəfli formatda görüşlərin keçirilməsi təşəbbüsünə ən böyük dəstəyi Azərbaycan verib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin çoxtərəfli formatda görüşlərin keçirilməsi təşəbbüsünə ən böyük dəstəyi Azərbaycan verib. Bunu Trend-ə özəl müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

E.Özoral qeyd edib ki, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Pakistan kimi üçtərəfli, Türkiyə-Azərbaycan-Gürcüstan-İran kimi dördtərəfli formatda təşkil olunan toplantılar yalnız ölkələrin deyil, eləcə də bölgənin rifahı, inkişafı və təhlükəsizliyinə xidmət edir:

"Türkiyə ikitərəfli formatdan kənara çıxan, yəni çoxtərəfli formatda görüşlərin keçirilməsini təklif edib və həyata keçirib. Bu təklifin reallaşmasına ən böyük dəstəyi isə qardaş Azərbaycan göstərib".

Türkiyəli diplomat bu cür formatların inkişaf etdirilməsi və genişləndirilməsinin mümkün olduğunu deyib: "Hazırda xüsusilə ortaq prioritetləri bölüşdüyümüz və oxşar yanaşmalara malik olduğumuz digər ölkələrlə bu cür formatlarda görüşlərin keçirilməsi fikri nəzərdən keçirilir".

Səfir əlavə edib ki, əsas məqsəd bu görüşlərin nəticə verməsi, səmərəli olması və əməkdaşlığın inkişafına təkan verməsidir: "Bu məsələdə regionun bütün müvafiq tərəfləri ilə birgə işləməyə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti