...

Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)

Siyasət Materials 26 Fevral 2021 20:36 (UTC +04:00)
Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü - Arzu Nağıyev (VİDEO)

Bakı. Trend:

Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev İTV-nin "Diqqət Mərkəzi" proqramında bu gün Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransını şərh edərkən deyib.

A.Nağıyev qeyd edib ki, Prezident İlham Əliyev 4 saat ərzində yerli və beynəlxalq media nümayəndələrinin təxminən 50 sualına cavab verdi: Düşünürəm ki, bu sualların hər biri bir tezis idi və hər bir suala verilən cavablar tam əsaslandırılmış izahlar idi. Dövlət başçısı hər bir sualı cavablandırdıqca, həm də müvafiq mesajlar ötürürdü".

Millət bildirib ki, siyasi, hərbi, iqtisadi, sosial məsələlərin necə həll olunması, eyni zamanda işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərlə bağlı bütün suallara verilən cavablar çox ciddi idi.

Müsahibənin tam versiyasını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti