...

Azərbaycan Ordusu həm dağlıq, həm də düzənlik şəraitində antiterror əməliyyatları aparmaq üçün uyğunlaşdırılıb - Arzu Nağıyev

Siyasət Materials 11 Mart 2021 08:35
Azərbaycan Ordusu həm dağlıq, həm də düzənlik şəraitində antiterror əməliyyatları aparmaq üçün uyğunlaşdırılıb - Arzu Nağıyev

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Milli Məclisin deputatı Arzu Nağıyev Vestnik Kavkaza müxbirinə verdiyi müsahibədə təlimlərin Azərbaycan ərazilərinin mümkün terror hücumlarından qorunması üçün ordunun planlı hazırlığı olduğunu bildirib.

"Azərbaycan ordusu həm dağlıq şəraitdə, həm də düzənlik (çöl, aran) şəraitində döyüş və antiterror əməliyyatları aparmaq üçün uyğunlaşdırılıb (hazırdır). Hərbçilərin kvalifikasiyalarını yüksək səviyyədə saxlamaq üçün bu cür təlimlər mütəmadi olaraq bütün fəsillərdə keçirilir" - Milli Məclisin deputatı deyib.

"Azərbaycan, şübhəsiz ki, öz ərazisində terrorla mübarizə əməliyyatları aparmaq hüququna malikdir. Bu vəziyyətdə, müharibədən sonrakı dövrdə torpaqlarımızın terrorçulardan qorumaq aktuallığı azalmadığına görə, yalnız xüsusi təyinatlı komandalarda (qruplarda) üçün deyil, aviasiya və yüksək texnoloji silahlar da daxil olmaqla bütün qoşun növlərində hərtərəfli təlimlər keçiriləcəkdir" - Arzu Nağıyev diqqətə çatdırıb .

"İndi Azərbaycana qarşı istifadə etmək üçün köhnələrini qoruyaraq və ya yeni qanunsuz silahlı birləşmələr yaratmaq istəyən qüvvələr bilməlidirlər ki, Azərbaycan ordusu bu cür terror qruplaşmalarının təşkilatlanmasına eləcə (sakit, heç bir şey etməyərək, sadəcə dayanıb) baxmayacaq. Bu olmayacaq. Və hər hansı bir terror fəaliyyətinin qarşısının alınması üçün Azərbaycanda mütəmadi olaraq bu növ təlimlər keçirilir" - Milli Məclisin deputatı yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti