...

Üçtərəfli işçi qrupun fəaliyyətində müəyyən irəliləyiş əldə olunub - Rusiya XİN

Siyasət Materials 6 İyul 2022 15:16 (UTC +04:00)
Üçtərəfli işçi qrupun fəaliyyətində müəyyən irəliləyiş əldə olunub - Rusiya XİN
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyətində müəyyən irəliləyiş əldə olunub.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev deyib.

"Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin rəhbərliyi altında Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrup çərçivəsində işlər davam edir. İyunun 3-də Moskvada keçirilmiş 10-cu iclasın yekununda müəyyən irəliləyiş əldə olunub. Nəqliyyat kommunikasiyalarının bərpası üzrə müxtəlif aspektlər üzrə tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub. Məlum olduğu kimi, üçtərəfli işçi qrup çərçivəsində Azərbaycan, Ermənistan və qonşuların marağında olan dəmiryol və avtomobil əlaqəsinin işə salınması müzakirə olunur. Həmsədrlər işlərinin nəticələri barədə konkret razılaşmalar əldə olunandan sonra KİV-ləri məlumatlandıracaq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti