Azərbaycan, Bakı, 03 fevral /Trend Life, müxbir Eldar Hüseynzadə/ Həftə sonuna qədər Azərbaycan münsiflər heyəti "Avroviziya"da müğənni Aysel Teymurzadənin oxuyacağı mahnını müəyyən edəcək, - Trend Life-a müsabiqənin Azərbaycan üzrə koordinatoru Leyla Əliyeva məlumat verib.
İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovun başçılıq etdiyi münsiflər heyəti müxtəlif bəstəkarların mahnılarını nəzərdən keçirir: Emil Şahin, Dilarə Qulamova, Murad Arif, Sevinc Tağıyeva, İsa Məlikov, eləcə də ABŞ və Türkiyədən olan bəstəkarların mahnıları.
Əsərlərin mövzu və stil istiqaməti müxtəlifdir. Mahnının müəyyən olunmasından sonra klip çəkiləcək və Teymurzadənin müxtəlif ölkələrdə promo-turları başlayacaq.
Türkiyə, Belarus kimi bəzi ölkələrdə mahnılar artıq seçilib və İnternetdə güclü reklam olunur.
Teymurzadəni Azərbaycan şou-biznesinin R&B şahzadəsi adlandırırlar. O, Azərbaycan telekanallarının keçirdiyi layihələrdən biri - "Yeni ulduz"da iştirak edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]