...

Azərbaycanda "Aqroservis"in filial rəhbərinə hökm oxunub

Cəmiyyət Materials 7 İyul 2009 13:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , muxbir H.Bağırov /

Azərbaycanda "Aqroservis"in filial rəhbərinə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən çərşənbə axşamı Trend -a verilən məlumata görə, "Aqroservis"in Ağcabədi rayon filialının rəhbəri Qasım Kərimov məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Kərimov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1-ci) və mənimsəmə və ya israf etmə (179.3.2-ci) maddələri ilə ittiham olunur.

Filialın vəzifəli şəxsləri barəsində aparılan cinayət işinin istinaqı ilə müəyyən edilib ki, filialın rəhbərliyi əkin mövsümü ərəfəsində rayon sakinlərinə gübrə satılacağı barədə məlumatlar verərək, gübrə almaq üçün müraciət etmiş vətəndaşlarla gübrə satışı barədə müqavilələr bağlayıb.

Lakin müəyyən müddətdən sonra guya rayona gübrə verilməməsi, tələb olunan miqdarda gübrə ayrılmamamsı barədə sayiələr yayaraq adlarına gübrə satışı rəsmiləşdirilmiş vətəndaşları aldadıb, onlara verilməsi nəzərdə tutulmuş gübrənin əvəzində nağd pul təklif edərək gələcəkdə heç bir borc ödəməyəcəklərini bildirib. Vətəndaşların bir çoxu gələcəkdə heç bir borc ödəməyəcəklərinə əmin olduqdan sonra onlara təklif olunmuş pulları alıb, lakin bağladıqları rəsmi müqavilələr üzrə gübrə istifadəçiləri kimi borc öhdəlikləri yaranıb.

Ağcabədi rayon filialına ayrılmış gübrələr filialın müdiri Kərimov tərəfindən anbardan, bir çox hallarda isə dəmir yolu stansiyalarından topdansatış qaydasında ayrı-ayrı şəxslərə nağd pula satılıb, əldə olunmuş 307260 manat pul isə mənimsənilib.




Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti