...

MTRŞ telekanallara xəbərdarlıq etdi

Cəmiyyət Materials 27 Sentyabr 2011 10:50 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən telekanallarda dil sahəsində ciddi dönüş yaransa da, hələ də qarışıq cümlələrdən yetərincə istifadə olunur.
MTRŞ telekanallara xəbərdarlıq etdi

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda fəaliyyət göstərən telekanallarda dil sahəsində ciddi dönüş yaransa da, hələ də qarışıq cümlələrdən yetərincə istifadə olunur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

"Telekanallarda dil problemi tamamilə aradan qaldırılmalıdır", - Məhərrəmli əlavə edib.

Onun sözlərinə görə, bu problemi həll etməkdə əsas dəstəyi ziyalılar verməlidirlər, amma çox təəssüf ki, ziyalılar da bu işdə öndə getmirlər.

MTRŞ sədri deyib ki, mütəxəssislər telekanalların dili ilə bağlı ciddi iradlar ortaya qoyarlarsa, onda Şura həmin kanallarla bağlı tədbir görməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti