...

Təhsil Nazirliyinin nümayəndələri BDU-nun tələbələri ilə görüşəcəklər

Cəmiyyət Materials 20 Fevral 2014 18:47 (UTC +04:00)
Bakı Dövlət Universitetində bir qrup tələbənin aksiya cəhdi Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı ilə bağlı deyil, bu sənədin düzgün tətbiq olunmaması ilə bağlıdır.
Təhsil Nazirliyinin nümayəndələri BDU-nun tələbələri ilə görüşəcəklər

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Bakı Dövlət Universitetində bir qrup tələbənin aksiya cəhdi Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında qərarı ilə bağlı deyil, bu sənədin düzgün tətbiq olunmaması ilə bağlıdır. Bu barədə Trend-ə Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli deyib.

C.Valehli qeyd edib ki, bunu nəzərə alaraq Təhsil Nazirliyinin nümayəndələri sabah saat 12:00-da BDU-nun akt zalında sənədin mahiyyətinin daha düzgün şərh olunması üçün tələbələrlə görüş keçirəcək.

Qeyd edək ki, bu gün bir qrup tələbə toplaya bilmədikləri kreditlərə görə maliyyə vəsaitinin ödənilməsinə etiraz olaraq BDU-nun qarşısında aksiya keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti