...

Allahşükür Paşazadə: Qərb ölkələri İslamı gözdən salmaq üçün qruplar yaradır

Cəmiyyət Materials 9 May 2015 12:15 (UTC +04:00)
"Dünyada çoxlu müharibələr, münaqişələr, məzhəb ayrı-seçkiliyi var".
Allahşükür Paşazadə: Qərb ölkələri İslamı gözdən salmaq üçün qruplar yaradır

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir İlkin İzzət/

"Dünyada çoxlu müharibələr, münaqişələr, məzhəb ayrı-seçkiliyi var". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda bildirib.

A.Paşazadə deyib ki, dünyada çətin və keşməkeşli dövr yaşanmasına baxmayaraq, Azərbaycan seçdiyi düzgün yol sayəsində inkişaf edə bilir: "Biz indi çətin dövrdə yaşayırıq. Qərb, Avropa dövlətləri tərəfindən İslamı gözdən salmaq üçün qruplar yaradılır, onlar bir-birinə qarşı qoyulur. Bütün bunların fonunda isə Azərbaycan inkişaf edir".

Şeyxülislam qeyd edib ki, bu, Azərbaycan rəhbərliyinin düzgün siyasət yürütməsinin nəticəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti