...

Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür - Gündüz İsmayılov

Cəmiyyət Materials 29 İyul 2019 19:36 (UTC +04:00)
Azərbaycan dünyaya zəngin multikulturalizm modelini təqdim edir.
Yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür - Gündüz İsmayılov

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın dünyaya zəngin multikulturalizm modelini təqdim edir. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı ölkəmizdə multikulturalizm siyasətinin banisi Ulu Öndər Heydər Əliyevdir. Ümummilli Liderin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Trend-in məlumatına görə, bunu Qaxda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları barədə də məlumat verən G.İsmayılov vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasından ibarətdir. Sədr müavini ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir.

O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. Bildirib ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir.

DQİDK sədrinin müavini qeyd edib ki, hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır. Onun sözlərinə görə, yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir.

Sədr müavini onu da vurğulayıb ki, dinimizin əsas məqsədlərindən biri də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti