...

TƏBİB: Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib

Cəmiyyət Materials 12 İyun 2020 18:12 (UTC +04:00)
TƏBİB: Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib

Bakı. Asif Mehman - Trend:

Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, T.Mustafayevin hər iki ağciyərinə ciddi sətəlcəm diaqnozu qoyulmuşdu. Xalq artisti ilə təmasda olan insanlara tövsiyə edilir ki, xəstəxanaya müraciət etsinlər:

"Biz koronavirusdan ölən şəxsin yaxınlarına dəfnlə bağlı məsləhətlərimizi bildirmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti