...

Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!

Cəmiyyət Materials 24 Fevral 2021 15:23
Deputat peyvənd olundu: Özümü yaxşı hiss edirəm!

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Ötən həftədən Milli Məclisin deputatlarının koronavirusa qarşı vaksinasiyası başlayıb.

Trend-in məlumatına görə, deputatların bir qrupu artıq vaksinasiya edilib.

Deputat Arzu Nağıyev də vaksin olunanlar arasındadır. A.Nağıyev qeyd edib ki, vaksinlə bağlı fikri əvvəlcədən qəti olub: "Öncədən vaksin olunacağımı qətiləşdirmişdim. Çünki bu virusdan bir qurtuluş yolu var, o da zamanında vaksin olunmaqdır. Dünya tarixində vaksinlərlə qabağı alınmış çox xəstəliklər olub və bu gün də bir sıra ağır xəstəliklərin qarşısı vaksinlə alınır. Ona görə də koronavirusa qarşı vaksin olunacağımı yəqin etmşdim. Mən də vaksin olundum və özümü yaxşı hiss edirəm, zamanı gələndə ikinci doza vaksini də qəbul edəcəm. Bildirmək istərdim ki, peyvəndlə bağlı yayılan şayiələrə inanmaq lazım deyil. Mən özüm peyvənd olundum və bir daha bu şayiələrin əsassız olduğunu gördüm. Hər kəsə tövsiyə edirəm ki, peyvənd olunsun, özünü bu xəstəlikdən qorusun".

Deputat bildirib ki, Azərbaycan peyvənd tətbiq edən azsaylı ölkələr arasındadır: "Bu gün heç də dünyanın bütün ölkələri peyvənd tətbiq etmək imkanında deyil. Hələ ki, dünyanın təqribən 10-14 faizinin vaksinə əlçatanlığı var. Dövlətimiz bu gün bizim üçün bu imkanı yaradıb, insanlarımızın sağlamlığını düşünərək ölkəmizə peyvəndin gətirilməsini təmin edib. Nəyə görə bu imkandan istifadə etməməliyik?! Hansısa şayiələrə inanıb sağlamlığımızı təhlükəyə atmamalıyıq, gedib vaxtında peyvənd olunub özümüzü, ümumilikdə cəmiyyətimizi qorumalıyıq. Əgər istəyiriksə ki, bu bəladan daha tez canımızı qurtaraq, vaksinasiya prosesində aktiv iştirak etməliyik".

A.Nağıyev əlavə edib ki, koronavirus başlayan ilk dövrdən Azərbaycanda virusa qarşı sistemli və qabaqlayıcı tədbirlər həyata keçirildi: "Həm insanların sağlamlğının qorunması, həm sosial-iqtisadi baxımdan pandemiyanın təsirinin minimallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi, adekvat addımlar atıldı. Bu görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan dünyada pandemiyadan ən az zərər görən ölkələr sırasındadır. Peyvəndlə bağlı da Azərbaycan öncül ölkələrdən biri oldu və hər birimiz bu imkanı düzgün qiymətləndirməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti