...

Vətən müharibəsi qəhrəmanlarına yeni imtiyazlar veriləcək - Arzu Nağıyev

Cəmiyyət Materials 25 May 2021 13:04 (UTC +04:00)
Vətən müharibəsi qəhrəmanlarına yeni imtiyazlar veriləcək - Arzu Nağıyev

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Dəyişikliklər haqqında deputat Arzu Nağıyev məlumat verib. A.Nağıyev bildirib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

A.Nağıyev qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək: “Dəyişikliyə əsasən, gəlir vergisindən azadolmalar və güzəştlərin əhatə dairəsi genişləndirilir”.

Qanun layihələri müzakirələrdən sonra səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti