...

Azərbaycanda ləğv edilən və qeydiyyata alınan dini qurumların sayı açıqlanıb

Cəmiyyət Materials 21 İyun 2023 12:16 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2009-cu ildən bu günə qədər 7 dini qurum ləğv edilib.

Trend-in xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb:

"Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurumların sayı 1002-dir".

Dövlət Komitəsinin sədr müavini bildirib ki, 2009-cu ildən bu günə qədər ləğv edilən dini qurumların sayı 7-dir: “Hazırda ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti