Bakı. Trend:
Hazırda Azərbaycanda din xadimlərinə maddi dəstək göstərilir.
Trend xəbər verir ki, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ümumilikdə 468 imam maddi dəstək alır.
"Həmçinin 312 imam müavini, 302 dini ayin icraçısı, 20 qadın dini ayin icraçısına maddi dəstək göstərilir", - deyə o əlavə edib.