...

Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü - FOTOREPORTAJ

Cəmiyyət Materials 23 Sentyabr 2024 10:12 (UTC +04:00)
Xankəndidə 4 nömrəli məktəbdə ilk dərs günü - FOTOREPORTAJ
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndidə 4 nömrəli məktəb şagirdlərin istifadəsinə verilib.

Trend xəbər verir ki, açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.

E.Əmrullayev sözügedən məktəbin uğurlarına, xoş sədalarına şahid olacağımızı vurğulayıb.

Digər qonaqlar da, öz növbəsində, məktəb kollektivini təbrik edib və onlara uğurlar arzulayıb. Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub.

Qeyd edək ki, Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəb 1-ci Qarabağ müharibəsi dövrünə qədər Xankəndində fəaliyyət göstərən və Azərbaycan dilində tədris aparan yeganə təhsil ocağı olub. Orta məktəb işğaldan sonra uzun illər Bakı şəhərində fəaliyyət göstərib. 36 ildən sonra orta məktəb doğma şəhərimiz Xankəndində fəaliyyətə başlayıb. Bu gün məktəbdə ilk zəng çalınır və şagirdlərin istifadəsinə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti