...

Teleaparıcı Fuad Axundov: "Tarixi abidələri məhv etmək olmaz"

Cəmiyyət Materials 13 Avqust 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust / "TrendLife" müxbir Eldar Hüseynzadə/

Fuad Axundovun Bakıdan gedişi hər kəs üçün gözlənilməz oldu. Belə ki, onun teleproqramı olan "Bakı sirləri" yəqin ki, ən reytnqli verlişlərdən biri idi. Düşünürəm, nəinki İctimai televiziyada, hətta bütün yerli telekanallarda yaxşı beş verilişdən biri idi. 2006-cı ildə "Bakı sirləri" MDB proqramları arasında "Brilyant əməkdaşlıq" mükayatına layiq görülmüşdür. Martın 31-i Fuad Axündovun efirə çıxması sonuncu oldu. O, Bakını tərk etdi və deyəsən həmişəlik. İndi o, bir müddətlik gəlib. Bakını nəyə görə tərk etdiyini isə "TrendLife"la bölüşdü.

-Fuad, Ssizin gedişiniz hər kəsi təccübləndirdi. Siz Bakını artıq sevmirsiniz?

-Şəxsən mən indi olan Bakını sevmirəm. Keçmiş Bakını sevirəm. O Bakını ki get gedə itmək üzrədir. Demək olar ki mənim Bakını sevməyim retrospektiv xarakter daşıyır.

-Məhz buna görə qərara gəldiniz ki, buranı tərk edəsiniz...

-Bilirsiz mən ilk və sonuncu Vətənimi tərk edən deyiləm. Çətin indi elə bir insan tapılmaz ki, Bakının son 10-15 ildə yaxşı tərəfə dəyişdiyini söyləsin.

-Bəs Toronto necə? Orda da bizimki kimi memarlıq prossesləri aparılır?

-Toronto çox maraqlı şəhərdir. İndi Bakıda gedən proseslər əvvəllər Torontoda da gedib. Belə ki, orada bu proseslər keçən əsrin 50-70-ci illərində olub. İndi bəlkə də Bakıda baş verənlər normaldır. Lakin biz düşünmədən nə qədər itirməliyik. Torontoda gedən memarlıq işlərinə baxmayaraq şəhərin bir qismi öz memarlığını qoruyub saxlaya bilmişdir. Bakı bu gün neobolşevizm memarlığı dövrünü yaşayır. Qalır ümid etmək ki, memarlıqda bolşevizm qısa müddətli olacaq. Hərçənd ki hər şey ola bilər...

-Siz özünüz söylədiniz ki, belə keçidlər hər yerdə olur. Və onlar bitir...

-Baxın 60-70-ci illərdə gedən memarlıq mənim gözümdə qəmli memarlıq idi. Mənə elə gəlirdi ki, bundan dəhşətli ola bilməz. Bakının indiki vəziyyəti göstərir ki, ola bilər. Yenə də mən bu sahədən olmadığım üçün materialların texniki xarakieristikasından başım çıxmır. Lakin estetika nöqteyi nəzəridən alkaponlar tikinti darvazaları üçündür.Torontoda da yeni tikililər var. Lakin onlar müasirliyə daha yaxındır. İndi müasir Bakı isə bir neçə ildən sonra etalon olacaq ki, bu da sivill şəhər kimi sayılmayacaq.

-Bakıdan Ssizə nəsə sirr qalıb?

-Heç nəyə baxmayaraq Bakı sirlər diyarıdır. Hər bir Bakı evlərinin özl tarixi var. Məhz buna görə də Bakının keçmiş memarlığı mənim üçün qiymətli idi. Bakı memarlığı çox qarışıqdır. Burada bir çox istiqamətlər və stil var. Bakıda insanların tarixi abidələrini məhv etməklə şəhərin tarixi görünüşü itir. Şəhər dəhşətli bir şeyə oxşamağa başlayır.

-Elə bir sirr var ki, Sizi daha çox maraqlandırıb?

-Ən maraqlı sirr sonuncu uzun illər unudulmaq olub. Bu planda bir sirri o biri ilə müqayisə edə bilmərəm. Hər bir yeni sirr yeniliyə gətirir. Və burada da sensayiyalı nəsə axtarmaq lazım deyil. İnsanlar zaman keçdikcə yavaş-yavaş dəyişməyə başlayırlar. Lakin 19 əsrin sonları 20-ci əsrin əvvəlləri mənə hər şey dəyişik gəlirdi. Belə ki, mədəniyyət qatları yaralanırdı. Bu da mənə çox pis təsir edirdi. Elə götürək Yusif Dadaşovun evini. Hazırda o ev də sökülmək üzrədir. Bir şeyi başa düşürəm ki, həmin yerdə yaşayış yeri tikmək və yaxud villa ucaldmaq nə qədər sərfəlidir. Lakin həmin evi də sökəndə elə etmək lazımdır ki, keçmiş elementləri qoruyub saxlasınlar, fəsadlara toxunmasınlar. Mən başa düşürəm bu bir az müşkül məsələdir. Lakin hər şey mümkündür. Tarixi abidələri qoruyub saxlamaq üçün əlimizdən gələni etməliyik. Torontoda mən tarixi evləri görəndə o qədər məmnun olurdum ki. Lakin Bakıda həmin tarixi evləri elə qəddarcasına darmadağın edirlər ki adam lap dəhşətə gəlir. Məni bağışlayın, biz nə ilə mübarizə aparırıq? Özümün tarixi abidələri ilə? Nəyə görə? Yeni nəsli şəhərlərinin tarixi mədəniyyətini bilməməkləri üçün? Hə, sonra? Kim udacaq?

-Mən belə görürəm bura qayıtmaq niyyətində deyilsiniz...

-Mənim burada bir çox qohumlarım və dostlarım var. Onlarla əlaqələrimi kəsmirəm. Onlarla çox isti münasibətdəyəm. Məsələn, tələbə yoldaşlarım, İctimai televiziya, Azəriqazbank, Daxili İşlər Nazirliyi, İnterpoldakı həmkarlarım ilə daima əlaqədəym.

-Bəs Siz orada nə ilə məşğul olursunuz?

-Əvvəldən başlayım. Emiqrasiya çox çətin və ağrıdıcı prosesdir. Özünün emiqrant duzunu hər kəs özü yeməlidir. Ümid edirəm ki, mənim bu etapı keçməyə gücüm çatacaq. Keçmiş üç ay müddətində Kanada da olduğum müddətdə mən zavodda plastik istehsalının hazırlanmasında iştirak edirdim. Sonra isə işə düzəlmə kurslarını keçdim. Son iş yerim isə çörək sexi olub. Mən Sizə açıq söyləyim ki, hətta hərbi xidmətdə mən bu qədər fiziki işlər görməmişdim.

Xəbər lenti

Xəbər lenti